Düşmən də bilir ki, elə bir zərbəti vardır,
Əbbasin elə qaməti, həm qüvvəti vardır.
Vallah bu Əbəlfəzlin elə qüdrəti vardır,
Düşmənlər üçün qorxulu tufandır Əbəlfəz.
Tək halda neçə düşməni məhv eylədi Əbbas,
Qorxurdu Əbəlfəzdən, ömər s'əd, yezid əyyaş.
Düşmənləri etmişdi o gün, Əbbas çaş-baş.
Həzrət Əli tək, bir igid aslandır Əbəlfəz.
Hər cür cəfadan pak olan, xalisi dindir,
İmanına yoldaş olub, ol canı verəndir,
Əbbas özü Quranı bilir, haqqı biləndir.
Hərkəs də bilir, Hafizi Qurandır Əbəlfəz.
Qolsuz belə olsa, aparıb məşki dişində,
Səslərdi o, Mövlanı, hər addım yeriyişində.
Əli'nin aslanı, Hüseynə sadiq qardaş,
Həzrət Əli tək, bir şəhi mərdandır Əbəlfəz.
Hər dərdi olan kəs, ona tez üz tutar hər an,
Çün Əbəlfəzlin adı ilə tapır hər qəlb dərman.
Fəryad eləsək Babəl Həvaic, verər aman,
Hər şiə bilir dərdlərə dərmandır Əbəlfəz.
Şəhidlər içrə ən uca şandır Əbəlfəz,
Axirətdə edər hər şəhid, o Səqqaya qibtə.
Sadiq və fədakar, hər qəhrəmana örnəkdir,
Hər dövrdə ucalar adı, dastanıdır Əbəlfəz.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев