Mənəm o Heydərin oğlu,
Tanıyırsız məni doğru.
Mənəm o hafizi Quran,
Mənəm o ayeyi Quran.
Sizi ey ləşkəri kafir,
Nə qədər haqqa çağırdım
Sizsə zalımlığa daldız,
Hər zaman haqqı danırdız.
Sözüm olmuş haqqın səsi.
Mənəm Əli, sərkərdəsi.
Elə bir var ki, cəsarət,
Edərəm indi qiyamət.
Vuraram sizlərə zərbət,
edərəm indi nə dəhşət.
Çün atam Həzrət Əli'dən mənə keçmiş belə qüdrət.
Əgər əl atsam özüm xəncərə, birdən,
Od çıxar titrər o dəstən, Axı bu kimdi ki, düşmən?
Vuraram məhv edərəm mən,
küfrü bil,rədd edərəm mən,
qaranlıqa döyüşərəm mən.
Çün bilin ki, mən Hüseynəm.
Zülmü yıxmaqdı niyyətim,
Var mənim haqq Ədalətim.
Yolumuz var Muhammədin,
Nuruyuq bizlər ümmətin.
Haqq üçün mən dururam tək,
Yolumdan dönmərəm bir dək.
Əgər ölümümlə bu İslam,
yaşayarsa ölərəm mən,
Bilin ey canımı Vallah,
Haqq yolunda silərəm mən.
Lakin bilin bu şəhadət,
Qurtuluşdur sizə ümmət.
Zəmanədə, qəlblərdə mən,
Bir alov tək yanaram mən.
Sizlər ey ləşkəri kafir,
Vuraram sizlərə şəmşir,
Vuraram Allaha xatir.
Nəcür insansız axı siz?
Əkbəri doğradınız siz,
Əsğəri oxladınız siz.
Gələcək ruzi qiyamət,
Gözləyir sizləri şiddət.
Olacaq axiri məhşər,
Sizi əhv eyləməz Heydər,
Həmiçin ali Peyəmbər.
Sizi əhv eyləməz əsla,
Çün bizə vermisiz bəla.
Lənət olar sizə daim.
Haqq haray çəkər bu zülmə..
Dinləmirdi əməvilər,
Qəlbi daşlaşmış o ləşkər.
Çəkdilər gör neçə xəncər.
Yığılıb min neçə dəstə,
Gəldilər bir nəfər üstə.
Yenə güc yetmir Hüseynə..
Qılınc çevirdi göylərə
Düşmən gəl'mişdi dəhşətə
Çoxu tuş gəldi zərbətə.
Baxdılar onda qüvvətə,
Mat qalıblar bu qüvvətə.
Məətdəldilər bu qüdrətə.
Bildilər ki, gücü çatmaz,
Xəncər ilə o Hüseynə.
Əmiri gəldi o şimirin,
Dedi lazımdı vurulsun,
Oxlar o teşnə Hüseynə
Oxlar gəlmişdi səmayə
Oxlar yağmışdı havayə
Neçəsi dəydi Hüseynə
Yaralar qəlbini kəsdi
Ruhu sarsılmadı amma.
Yetişib dadə mələklər,
Ağlayıb titrədi göylər.
Qan axırdı yaralardan,
Nur saçıldı dualardan.
Ədalət göylərə getdi.
Göyler ağlardı bu dərdə,
Dolanır qanlı qum üstə,
Ağlayır Fatimə ruhla,
Çırpınır Haqq uğurunda.
Göydən gəlmişdi bu cür səs.
Belə Şəhid olmayıb heç kəs.
Səslənibdir ki, o Həzrət ,
Nə vaxt su içsəz ey ümmət,
Məni yad eyləyin, hər vaxt.
Yazılsın qanla tarixə,
Hüseyn durdu haqq tərəfdə.
Can verdi, təşnə o çöldə,
Haqq ucaldı bu fədada.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев